Bu gün Ramazan bayramıdır

Azərbaycanda Ramazan bayramı qeyd olunur
Ölkədə Ramazan ayı mayın 6-da başlayıb.
Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edir.
Azərbaycanda Ramazan bayramı iki gün – iyunun 5-i və 6-da qeyd olunur.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-də saat 08:00-da Əjdərbəy məscidində, saat 09:00-da isə Təzə Pir məscidində bayram namazı qılınacaq.
QMİ Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq, fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür.
Xalq.az