Bu gündən uçot dərəcəsi azaldıldı

Mərkəzi Bankin idarə heyəti bu gündən uçot dərəcəsinin 10 faizdən 9.75 faizə endirilməsi haqda qərar qəbul edib.

XALQ.AZ xəbər verir ki, AMB sədri Elman Rüstəmov qeyd edib ki, faiz dəhlizinin yuxarı və aşağı hədəfləri isə uçot dərəcəsinə – yuxarı hədd 11.75, aşağı hədd 7.75 faiz kim dəhlizdə müəyyənləşib:

“İdarə heyətinin son toplantısından keçən dövr ərzində inflyasiya azalmaqda davam edib. 9 aylıq orta illik inflyasiya (2.6 faiz) Mərkəzi Bankın cari ilə hədəf dəhlizində aşağıda formalaşıb. İnflyasiyanın həm xarici, həm də daxili risk amillərinin yumşalması fonunda Mərkəzi Bank cari ilə inflyasiyanın 3-4 faiz ətrafında olacağını proqnozlaşdırır”.

E. Rüstəmov qeyd edib ki, 2018-ci ilin 9 ayında orta illik inflyasiya 2,6 faiz təşkil edib, üçüncü rüb ərzində ritmik templə azalıb.

Mərkəzi Bankın sədri onu da əlavə edib ki, 2018-ci ilin 9 ayında xarici ticarət balansında ÜDM-in təxminən 19%-i səviyyəsində müsbət saldo yaranıb:

“Qeyri-neft ixracı ötən ilin eyni dövrünə nəzərən 13% artıb. Ticarət tərəfdaşı olan bəzi ölkələrdə milli valyutaların kəskin ucuzlaşması Azərbaycanın xarici ticarət balansına əhəmiyyətli təsir göstərib”.

 

 

Orxan