Bu günün hava proqnozu

hava-buludlu

Bakıda və Abşeron yarımadasında aprelin 6-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.  Havanın temperaturunun gecə 2-4, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 6-da hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən Xalq.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti olacağı gözlənilir.  Tibbi-meteoroloji proqnoz aprelin 6-da Abşeron yarımadasında ötən günlə müqayisədə hava şəraitinin kəskin dəyişməsi, qısa müddətdə atmosfer təzyiqinin xeyli yüksəlməsi, güclü xəzri küləyi fonunda havanın temperaturunun kəskin enməsi meteohəssas insanlar üçün çox əlverişsizdir. Gözlənilən hava şəraiti aprelin 6-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. aprelin 6-da havanın temperaturu aprelin 05-i ilə müqayisədə 10-14 dərəcə aşağı enəcək.