Bu günün oyunları

Futbol

Bu gün Braziliyada keçirilən futbol üzrə Dünya çempionatının növbəti qarşılaşmalar keçiriləcək.

XALQ.AZ-ın məlumatına görə, ilk olaraq Bakı vaxtı ilə saat 21:00-da A qrupunun üzvləri Meksika, Kamerun üz-üzə gələcək.

00:00-da isə B qrupunda yer alan İspaniya kollektivi Hollandiya ilə münasibətlərinə aydınlıq gətirəcək. Gecə saat 03:00-da isə Çili Avstraliyanı sınağa çəkəcək.

Qeyd edək ki, Dünya çempionatının açılış oyunu bu gün Bakı vaxtı ilə 01:00-da start götürmüşdü. İlk qarşılaşmada Braziliya Xorvatiyanı 3:1 hesabı ilə məğlub etmişdi.