Bu il 16 uşağa Nəsimi adı qoyulub

Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan edib.

Maraqlıdır, bu il ərzində neçə nəfər dahi şairin adını öz övladına verib?

XALQ.AZ xəbər verir ki, Ədliyyə Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, son 5 il ərzində Azərbaycanda 55 nəfərə Nəsimi adı verilib:

“2019-cu ilin 8 ayı ərzində 16, 2018-ci ildə 5, 2017-ci ildə 11, 2016-cı ildə 12, 2015-ci ildə 11 yeni doğulana Nəsimi adı qoyulub”.