Bu il Azərbaycanda əhali növbəti dəfə siyahıya alınacaq

Azərbaycanda əhalinin növbəti siyahıya alınması bu il oktyabrın 1-dən 10-nə qədər keçiriləcək.

Xalq.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov məlumat verib.

Onun sözlərinə görə, prosesə hazırlıq işləri 2017-ci ilin yanvar ayından başlanılıb: “Son 2 ildə siyahıyaalmanın metodoloji bazasının yaradılması başa çatdırılıb, bu prosesi tənzimləyəcək 50-ə yaxın normativ hüquqi sənəd hazırlanıb”.

T.Budaqov xatırladıb ki, ötən il oktyabrın 1-dən 10-na qədər Qəbələdə sınaq siyahıya alınması keçirilib: “Bunun məqsədi hazırlanan metodoloji bazanın əyani şəkildə tətbiqinin qiymətləndirilməsi və eyni zamanda siyahıyaalınma üçün sonra proqram təminatının sınaqdan keçirilməsi olub. Artıq siyahıalınmaya tam hazırıq. Hər bir rayon üzrə xüsusi nümayəndə seçilib və onlar üçün seminarlar keçirilir. 34 mindən artıq insan bu təlimlərə cəlb ediləcək ki, siyahıyaalınma uğurla həyata keçirilsin. Bundan sonra 10 mln. dan artıq sorğu vərəqləri emal ediləcək. Bu da uzun bir prosesdir və bütün bu mərhələlər Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planında öz əksini tapıb. Siyahıalmanın yekunu 2022-ci ilin I yarısının sonunda məlum olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.