Bu il Bakıda 30 cinаyətkаr qrup ifşa olunub

“Təhlükəsiz şəhər” xidmətinin operatorları 2.796 hadisə aşkarlаyıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 123 bağlı cinayət açılıb.

XALQ.AZ  xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini, polis general-mayoru Elxan Həsənov Bakı Şəhər Baş Polis İdarəsində car ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidməti fəaliyyətinin digər sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində deyib.

Onun sözlərinə görə, 6 ay ərzində 23 soyğunçuluq və quldurluq cinayəti törətmiş 21 nəfərdən ibarət 13 qrup, eləcə də 51 mənzil oğurluğu törədən 67 nəfərdən ibarət 30 cinаyətkаr qrup ifşa olunub: “Həmçinin nаrkоtiklərlə bаğlı aşkarlanan 681 fakt üzrə qanunsuz dövriyyədən 303 kiloqramdan çox narkotik vasitə çıxarılıb, istintaqı tamamlanan cinayət işləri üzrə vətəndaşlara dəyən maddi ziyanın 92,8 fazinin ödətdirilməsi təmin olunub”.

 

Orxan