Bu il korrupsiya ilə bağlı 3007 müraciət olub-Rəsmi

“Bu ilin yanvar ayından bu günə qədər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə 3007 müraciət daxil olub”.

 

XALQ.AZ xəbər verir ki, bunu Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

K.Əliyev qeyd edib ki, onlardan 181-i özəl sektorla bağlıdır: “Bunlardan 55-i mənzil-tikinti sektoru, qalanları isə digər müəssisələrin fəaliyyəti ilə bağlıdır. 24 işin istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilib”.

 

 

Orxan