Bu küçədə hərəkət məhdudlaşdırılır

A.Bakıxanov-M.Qaşqay küçələrinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətində müəyyən məhdudiyyətlər yaranıb.
Bakı Nəqliyyat Agentliyindən XALQ.AZ-a verilən məlumata görə, A.Bakıxanov küçəsindəki iki zolağda hərəkət müvəqqəti məhdudlaşdırılıb.
“A.Bakıxanov küçəsindən sola Mirəli Qaşqay küçəsinə giriş isə təmir işləri ilə əlaqədar olaraq məhdudlaşdırılıb”, – məlumatda bildirilir.

Yeganə