Bu məhsullar ucuzlaşdı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
XALQ.AZ xəbər verir ki, aprelin 4-də qızılın qiyməti aprelin 3-ü ilə müqayisədə 0,6715 manat azalaraq 1 unsiya üçün 2197,607 manat təşkil edib.
Gümüş 0,0528 manat ucuzlaşaraq 1 unsiya üçün 25,7602 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 25,1855 manat artaraq 1486,3355 manat, palladiumun qiyməti isə 46,699 manat azalaraq 2397,6715 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
Orxan