Bu məktəblər bağlandı 33 şagirddə virus aşkarlandı

Xəbər verdiyimiz kimi, 15 oktyabr üzrə ümumi təhsil müəssisələrində COVID-19-la bağlı məlumat açıqlanıb.

XALQ.AZ xəbər verir ki, 8 sinif və 7 məktəb distant təhsilə keçirilib. 3 məktəb isə əyani təhsilə qaytarılıb.

Ümumilikdə bu günə qədər 60 sinif və 37 məktəb distant təhsilə keçirilib.

Xatırladaq ki, son sutkada koronavirusa yoluxan şagird sayı 33, işçi heyətinin sayı 12 nəfər təşkil edib.