“Bu məmurların pulları dövlət büdcəsinə qaytarılsın”

“Hansı məmuru vəzifəsindəna azad edirlər, onun milyonları ortaya çıxır”.

XALQ.AZ-ın xəbərinə görə, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin müavini Əli Məsimli komitənin iclasında deyib. Deputat bildirib ki, həmin vəsaitlər büdcəyə yönəldilməlidir:

“Məhkəmə yolu ilə məmurlardan aşkar edilən pullar büdcəyə getməlidir. Bu prosesin icra edilməsi büdcəyə xeyirdir”