Bu məsələlər Milli Məclisdə müzakirə olunacaq-Siyahı

Milli Məclisin fevralın 19-da keçiriləcək plenar iclasının gündəliyi  müəyyənləşib.

XALQ.AZ -ın məlumatına görə, iclasın gündəliyinə 27 məsələ daxil edilib.

 

Bunlar aşağıdakılardır:

 

1. Milli Məclisin Gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilməsi haqqında;

 

2. “Kitabxana işi haqqında” qanun layihəsi (III oxunuş);

 

3. Əmək Məcəlləsinə dəyişiklik;

 

4. “Dövlət rüsumu haqqında” qanun layihəsi (III oxunuş);

 

5. “Patent haqqında” qanun layihəsi (III oxunuş);

 

6. “Üzümçülük və şərabçılıq haqqında” qanuna dəyişiklik;

 

7. “Azərbaycan Respublikasında Dövlət dili  haqqında” qanuna dəyişiklik;

 

8. Cəzaların İcrası Məcəlləsinə dəyişiklik;

 

9. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;

 

10. “Milli Məclisin komitələri haqqında” qanun layihəsi (IIIoxunuşda);

 

11. “Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadə qaydası haqqında” qanun layihəsi (IIIoxunuşda);

 

12. “Azərbaycan Respublikasının Dövlət Himninin istifadə qaydası haqqında” qanun layihəsi (III oxunuşda);

 

13. “Hərbi vəzifə və hərbi xidmət  haqqında” qanun layihəsi (II oxunuşda);

 

14. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun layihəsi (II oxunuşda);

 

15. “Gənclər siyasəti haqqında” qanun layihəsi  (II oxunuşda);

 

16. “Reklam haqqında” (II oxunuşda);

 

17. Əmək Məcəlləsinə dəyişiklik;

 

18. “Kitabxana işi haqqında” qanun layihəsi  (II oxunuşda);

 

19. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun layihəsi  (I oxunuşda);

 

20. İnzibati Xətalar məcəlləsinə dəyişiklik;

 

21. “Ümumi təhsil haqqında” qanun layihəsi  (II oxunuşda);

 

22. “Telekommunikasiya  haqqında” qanun layihəsi  (I oxunuşda);

 

23. Cinayət Məcəlləsinə dəyişiklik;

 

24. Mülki Prosessual Məcəlləsinə dəyişiklik;

 

25. “İpotekaq haqqında” qanun layihəsi  (I oxunuşda);

 

26. “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik;

 

27. “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik.