Bu marşurutun hərəkət sxemi dəyişdirildi

7B nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

XALQ.AZ xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Dəyişikliyə əsasən bu xətt üzrə avtobuslar Yeni Yasamal parkından-Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinədək hərəkət edəcək.

Qeyd edək ki, hazırda 7B nömrəli marşrut xətti üzrə avtobuslar test ejimində yeni sxem üzrə hərəkət edir.

 

 

Orxan