Bu məhsullar bahalaşıb
Mart ayında qiyməti bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb. Dövlət Statistika Komitəsi ötən ayla bağlı məlumatları açıqlayıb.
XALQ.AZ xəbər verir ki, bahalaşan məhsullrın siyahısında balıq və balıq məhsulları, süd və süd məhsulları, yağlar, ən çox istifadə olunan meyvə və tərəvəzlər yer alır.
Ucuzlaşma isə sadəcə 4 məhsulun – unun, yumurtanın, göyərtinin və xiyarın qiymətlərində müşahidə olunub.
Müxtəlif qida məhsullarında bahalaşmanın olub-olmadığını öyrənmək üçün bazara yollandıq. Satıcılar bildirdi ki, qiymət artımı daha çox qış aylarında olub. Hazırda bahalaşma yoxdur, əksinə ucuzlaşma var
İqtisadçı Rəşad Həsənov deyir ki, qiymət artımı daha çox marketlərdə alış-veriş zamanı hiss olunur. Onun sözlərinə görə, son bir neçə ildə geosiyasi vəziyyətin gərginləşməsi, dünya ölkələrinin yaşadığı iqtisadi böhran, iqlim dəyişiklikləri bahalaşmaya səbəb olur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.