Bu mövzular buraxılış imtahanına düşməyəcək

Buraxılış imtahanı proqramlarının qısaldılmış forması və Koronavirus pandemiyası ilə əlaqədar buraxılış imtahanı proqramlarından çıxarılan mövzular açıqlanıb. 

XALQ.AZ DİM-ə istinadən xəbər verir ki, aşağıdakı keçidlərdə 2020-ci ilin yanvar ayında “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc edilmiş ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları qısaldılmış formada təqdim edilib. 

Təqdim olunan proqramların qısaldılmış variantında bölmə başlıqları nömrələnib və fənn üzrə proqramın sonunda çıxarılan mövzular qeyd olunub:

ÜMUMİ (9 illik) ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ

TAM (11 illik) ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ

“Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları”nın tam mətni ilə “Abituriyent” jurnalının xüsusi buraxılışlarında tanış ola bilərsiniz. Jurnalların elektron versiyasını (pdf formatda) “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün qəbul imtahanı proqramlarından çıxarılan mövzular da yaxın günlərdə sayta yerləşdiriləcək.

Qeyd: 1. 9-cu sinif ingilis dili, alman dili, fransız dili və ərəb dili fənləri üzrə mövzular qeyd edilən dövrədək tədris olunduğundan bu fənlər üzrə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramlarından heç bir mövzu çıxarılmayıb.

Qeyd: 2. 11-ci sinif ingilis dili, alman dili, rus dili (xarici dil) və русский язык (tədris dili) fənləri üzrə mövzular qeyd edilən dövrədək tədris olunduğundan bu fənlər üzrə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramlarından heç bir mövzu çıxarılmayıb.