Bu nazirliyin səlahiyyətlərindən biri ləğv olunub

XALQ.AZ xəbər verir ki,  Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən 6-cı bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilib. Başqa sözlə, “Güzəştli mənzil” sisteminin təşkilində və fəaliyyətinin təmin olunmasında Mənzil İnşaatı Dövlət Agentliyi və “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinə köməklik göstərilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb. Bununla da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərindən biri ləğv olunub.

Sənədə əlavə edilən 8.3 bəndə görə, bu fərmanın 1-ci hissəsi ilə təsdiq olunmuş qaydaya uyğun olaraq edilən müraciətlərin cavablandırılması, o cümlədən yaranan çətinliklərlə bağlı müraciətlər və onların aradan qaldırılması “ASAN xidmət” mərkəzləri vasitəsilə də həyata keçiriləcək.

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.