Bu obyektlərin fəaliyyətinə icazə verildi – Bu gündən

Sərtləşdirilmiş xüsusi karantin rejiminin 5 avqust saat 06:00-dək uzadıldığı Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında bu gündən bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilib.

XALQ.AZ-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.