Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Azərbaycanda Çili səfirliyi açılacaq. XALQ.AZ-ın verdiyi məlumata görə, bunu Kolumbiyanin Azərbaycandakı müvəqqəti işlər vəkili Marta Qalindo Kolumbiyanın müstəqillik günü ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, ötən il Azərbaycanda Perunun səfirliyi açılıb, bu ilin ikinci yarısında isə Çili səfirliyinin açılması gözlənilir.

M.Qalindo deyib ki, Azərbaycan Latın Amerikası ölkələri ilə qarşılıqlı əməkdaşlığı inkişaf etdirir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.