Bu ölkə koronavirusu 5 dəqiqəyə aşkar edən test yaratdı

Sinqapur alimləri koronavirusu 5 dəqiqə ərzində aşkar edən test yaradıblar.

XALQ.AZ xəbər verir ki, yeni testi Sinqapur Elm, Texnolgiyalar və Tədqiqatlar Agentliyi hazırlayıb.

Testin kliniki sınaqlarının dövlət xəstəxanalarında tam başa çatdırıldığı vurğulanıb.

İstifadəsinə icazə verildikdən sonra testin Sinqapurun bütün xəstəxanalarına paylanılacağı qeyd edilib.