Bu ölkədə bütün koronavirus xəstələri sağaldı

Atlantik okeanın şimalında yerləşən, Danimarkaya bağlı olan muxtar respublika Qrellandiyada koronavirus infeksiyasına yoluxan bütün xəstələr sağalıb.

XALQ.AZ xəbər verir ki, 80 min əhalisi olan ölkədə 770 nəfər koronavirus testindən keçirilib. Onlardan 11 nəfərin nəticəsi müsbət çıxıb. 11 xəstənin hamısı sağalıb. Son 4 gündə yeni xəstə aşkarlanmayıb.


Buna baxmayaraq, ölkə rəhbərliyi hələlik “koronavirus üzərində qələbə” elan etməyin tez olduğunu bildirir. Səhiyyə Nazirliyinin rəsmisi Henrik Hansen yerli “Sermitsiaq AG” qəzetinə açıqlamasında “Hazırda vəziyyət normaldır. Amma virusun ölkədə yayılmasının nə vaxt dayanacağını indidən deyə bilmərik. Xəstəliyin simtomlarının müşahidə olunması 14 günə qədər uzana bilir. Buna görə qadağaların ləğv olunması üçün yeni yoluxmanın olmadığından əmin olmalıyıq” deyib. 
Qeyd edək ki, Qrellandiyada bir neçə həftədir 10-dan artıq insanın bir ayaya gəlməsi qadağandır. Bundan başqa Danimarka vətəndaşı olmayan insanların adaya girişi dayandırılıb, əksər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.