Bu ölkənin prezidenti futbolçu oldu (FOTO)

F-1

Boliviya prezidenti Evo Morales “Sport Boyz” futbol klubunun şərəfini qoruyacaq.

XALQ.AZ-ın məlumatına görə, Morales birinci divizionda mubarizə aparan klubla bir illik müqavilə imzalayıb.
54 yaşlı prezidentin oyunlarda 20 dəqiqə oynaması gözlənilir. İş qrafiki gərgin olduğu müddətdə Morales meydana çıxmaya da bilər. Prezident klubdan ayda 214 dollar əmək haqqı alacaq.

10 nömrəli formada meydana çıxacaq Boliviya prezidentinin sözlərinə görə, yüksək fiziki formadadır və oynamağa hazırdır.

2007-ci ildə FİFA-nın dəniz səviyyəsindən 2500 metrdən artıq yüksəklikdə matçların keçirilməsinə qadağa qoymasından sonra E.Morales yüksək dağlıq ərazidə futbol matçı təşkil etməsi ilə yadda qalmışdı.

O vaxt yaxın dostu Dieqo Maradona ona dəstək olaraq yoldaşlıq oyununda iştirak etmişdi.

F-2

F-1

F-3