Bu ölkənin prezidenti koronavirusa yoluxdu

Braziliya Prezidenti Cair Bolsonaro koronavirusa yoluxub.

XALQ.AZ-ın xarici KİV-ə  istinadən verdiyi xəbərə görə, bu barədə Braziliya mətbuatı məlumat yayıb. 

Prezident Bolsonaronun oğlu Eduardo Bolsonaro atasının səhhətinin normal olduğunu və hələ virusun simptomlarının özünü göstərmədiyini deyib.

Qeyd edək ki, Braziliya Prezidentinin mətbuat katibi ABŞ-a səfərdən qayıtdıqdan sonra onda virusa yoluxma qeydə alınmışdı.