Bu prospekt kimlər tərəfindən zəbt olunub? – Video

Bakıda yanan “Diqlas” ticarət mərkəzi söküntü ilə əlaqədar hasara alınıb.

Qara Qarayev prospektinin şəhər istiqamətində hissəsinin bir zolağı sözügedən hasarın içərisinə düşüb.

Bəzi işbazlar isə hasarın qabağında “rəsmi” dayanacaq da düzəldiblər, hətta qoluna nişan bağlayıb, pul yığırlar.

Nəticədə maşınların keçməsi üçün yalnız bir zolaq qalıb ki, bu da böyük tıxaca səbəb olur.

Artıq 10 gündən çoxdur davam edən bu mənzərə ilə bağlı nə rayon İcra Hakimiyyəti,  nə Polis İdarəsi, nə də Dövlət Yol Polisi İdarəsi bir addım atır.

Xatırladaq ki, prospektin ortasında qurulan bu qanunsuz dayanacaqla üzbəüz ən müasir üslubda tikilən beşmərtəbəli parkinq fəaliyyət göstərir.

***

Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev  bildirib ki, bu, əslində onların səlahiyyətinə aid deyil:

“Bu işə polis nəzarət edir. Hazırda da orada polis var. Narahatlığı nəzərə alaraq, polisə bu barədə məlumat verəcəyik ki, problem aradan qaldırılsın”.

axar.az

Yeganə

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.