“Bəzi ailələrdə uşaqlara dini xurafata əsaslanan fikirlər aşılanır”

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi yüksək səviyyədə və beynəlxalq qanunvericilik nəzərə alınmaqla hazırlanıb. Lakin mən qanun layihəsinə dini xurafat anlayışının əlavə edilməsinin təklif edərdim”.

XALQ.AZ xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bəzi ailələrdə uşaqlara əsasən də dini xurafatçılığa əsaslanan fikirlər aşılanır ki, bu da sonradan özünü zərərli şəkildə biruzə verə bilir.

Məktəblərdə Həyat bilgisi dərsliyinin keçirilməsinin müsbət hal olduğunu deyən deputat söyləyib ki, sözügüdən dərslikdə İslam dini haqqında düzgün məlumatlar aşılanır.

“Bu baxımdan düşünürəm ki, qanun layihəsinə bu anlayışın əlavə edilməsi, dini xurafatçılığıa qarşı mübarizənin aparılmasında müsbət nəticə verə bilər”.

 

 

Orxan