Bu qurumda 37 gəncə yüksək vəzifə verildi

“Azərenerji” ASC tərəfindən bir il əvvəl 125 nəfər gənc və təcrübəli energetiklər himayəyə götürülüb. 

Bununla bağlı ASC-dən XALQ.AZ-a məlumat verilib.REKLAM

Həmin 125 gəncin yetişdirilməsi, bilik və bacarıqlarının artırılması, qocaman energetiklərin yerinə əvəzedici kadr kimi formalaşdırılması üçün bir il müddətində praktik işlər görülüb.

Nəticədə bu günə kimi himayəyə götürülən şəxslər imtahan edilərək, 89 nəfər rəhbər vəzifələr üçün tam hazırlanıb kadr ehtiyatı bankına daxil edilib. İmtahan nəticələri əla olan 37 nəfər gənc yüksək vəzifələrə irəli çəkilib.

Bundan başqa, “Azərenerji” ASC-nin Regional Elektrik Şəbəkələrində və Elektrik Stansiyalarında çalışan işçi heyətinin təkmilləşməsi, bilik səviyyəsinin yüksəldilməsi məqsədilə yeni yaradılan Tədris Mərkəzi tərəfindən müəssisələrdə 74 kurs təşkil olunub və kurslara ümumilikdə 400 nəfərə yaxın işçi cəlb edilib.