Bu rayon və şəhərlərdə həftəsonu qadağası qüvvədə olacaq

1595934213 karantinde3

Azərbaycanda 13 şəhər və rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi avqustun 31-dək uzadılıb.


XALQ.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar imzalayıb.


Qərara əsasən, COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq:


• Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları.