Bu şəxslərin maaşı artırıldı

Milli Məclisin bu gün keçirilən piclasında “Hesablama Palatası haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub.

XALQ.AZ  xəbər verir ki, dəyişikliyə əsasən, Hesablama Palatasının üzvlərinin əməkhaqqına bir aylıq vəzifə maaşı həcmində əlavə olunacaq.

Xatırladaq ki, Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabər tutulur. Palatanın auditorlarının aylıq vəzifə maaşı və digər təminatları Milli Məclisinin komitə sədrlərinin aylıq vəzifə maaşlarına və təminatlarına bərabərdir.

Deputatlar layihəni müzakirə etdikdən sonra səsverməyə çıxararaq qəbul ediblər.

 

Orxan