Bu şəxslər üçün qadağa bitdi

Bu gündən etibarən 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa da götürülür. 

XALQ.AZ-ın məlumatına görə, bu qadağanın ləğvi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə tətbiq ediləcək. 

Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.