BUDO federasiyasınından möhtəşəm uğur-Çempionlar vətəndə -Fotolar

XALQ.AZ-ın məlumatına görə,Azərbaycan BUDO federasiyasının qatıldığı Dubay şəhərində keçirilən Dünya Çempionatında yığma komandamız uğurla iştirak edib. Əməkdar məşqçi, Beynəlxalq dərəcəli idman ustası Habil Hümbətovun şəxsi məşqçisi olduğu İbrahim Məmmədov və Əfqan Hüseynov qızıl medallara sahib olublar.
Əlahidə Çevik Polis Alayının Xüsusi Təyinatlı 2-ci Tabor 2-ci Bölük Polis Nəfəri Polis Serjantı Məmmədov İbrahim Ailem Oğlu  isə həmin yarışda 3 döyüş keçərək dünya çempionu adına layiq görülüb. İbrahimin 1-ci rəqibi Küveyt, 2-ci rəqibi Livan, 3-cu final döyüşü isə Misir idamançısı ilə baş tutub.
2015-ci ildə İtaliyanın Verona şəhərində dünya ikincisi olmuş Hüseynov Əfqan Vüqar oğlu isə bu il BƏƏ Dubay şəhərində 2 rəqibinə qalib gələrək 1-ci yer kürsüsunə layiq görülüb.
Qeyd edək ki, 32 ölkənin iştirak etdiyi yarışda ölkəmiz 11 idmancı ilə təmsil olunub.Ilkin Safarov 93 kilo, Full Kontakt Mma
Boyukler arasindadir bütün rəqiblərinə qalib gələrək yüksək pilləyə yüksəlib.Elçin Qurbanzade 85 kilo Free Kontakt, Şahin Mahmudov +90 kilo Free Kontaktnövündə 1 ci yeri tutaraq qizil medala sahib olub ölkəmizin üç rəngli bayrağın yüksəlib.