Builki “Jara”dan “boom” enerji gözləyirəm

Müğənni Səmra Rəhimli ikinci dəfə “Jara” festivalında iştirakı ilə bağlı sualları cavablandırıb.

O, “pre-party”dəki çıxışından məmnunluq duyduğunu dilə gətirib:
“Hər şey çox super idi. Yenidən çıxış etmək sevindirici haldır. Builki “Jara”dan “boom” enerji gözləyirəm. Hər dəfə bu festivalda iki-üç qat enerji artımı olur”.
Rəhimli geyimləri ilə diqqət çəkməsi ilə bağlı suala isə qısa cavab verməklə kifayətlənib:
“Mən hər şeyimlə diqqət çəkirəm”.
XALQ.AZ