Bulvardakı bəzi obyekt və attraksionlar yığışdırılıb

İki ay ərzində bulvar ərazisində maarifləndirmə və dezinfeksiya işləri davam etdirilib”.

XALQ.AZ verdiyi xəbərə görə, bunu Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev deyib. 

O bildirib ki, fürsətdən istifadə edib yararsız attraksionlar və iaşə obyektləri də ərazidən çıxarılıb: “Qaydalara görə, bulvar ərazisində 10 nəfərdən artıq qruplarda gəzmək olmaz. İaşə obyektlərində masalararası məsafə 2 metrdən, masa ətrafında əyləşənlər arasında məsafə 1 metrdən az olmamalıdır. Bulvar İdarəsinin mühafizə bölməsi ilə Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı bu gündən etibarən bulvar ərazisində xidmət aparacaq. Gəmilər, attraksionlar hələ ki, işləməyəcək”.