“Bunlar insanları bir-birinə daha doğma edir” – Leyla Əliyeva

“Jara-2019” Beynəlxalq Musiqi Festivalının sonuncu günü – iyulun 28-də iştirakçılar qırmızı xalı üzərindən keçiblər.

XALQ.AZ  xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalın fəxri qonaqları arasında olub.

Qırmızı xalıdan keçən Leyla Əliyeva festivalla bağlı təəssüratlarını bölüşüb. Leyla Əliyeva “Jara” festivalının tamaşaçılara əsl bayram ab-havası yaşatdığını söyləyib.

“Əfsuslar olsun ki, bu gün festivalın son günüdür. Burada böyük sevgi, məhəbbət və bayram əhval-ruhiyyəsi var. Çox şadam ki, builki festival da böyük uğurla başa çatır. Bol musiqi, sevgi, əyləncə və isti münasibətlər – bütün bunlar insanları bir-birinə daha doğma edir. İnanıram ki, növbəti “Jara”da da bugünkü səmimiyyəti, hərarəti görə biləcəyik. Hər kəsə uğurlar arzulayıram”, – deyə Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib.

 

Orxan