“Bunu sənə keçmərik, Cəmil əkə!” – Deputatdan sərt yazı…

Cəmil Həsənli koronavirus qaydalarına riayət kontekstində çox kobud və yaramaz müqayisə apararaq növbəti dəfə Azərbaycan xalqını təhqir etdi. Məhz, növbəti dəfə.

Təhqir, artıq bu adamın ruhuna oturub, boğazına çöküb, eyninə və əyninə hopub. Simasındakı aqressiyada hər şey açıq-aydın görünür: dağıdıcılıq, riyakarlıq, nankorluq, hikkə və ən əsas da – parazitlik!

Bu yaramaz məxluqun üz dərisi xarakterinə o qədər uyğunlaşıb və nəticə etibarilə o qədər cırlaşıb, qorxunc məcəraya gəlib ki, bir azdan valideynlər körpə balaları tez yatmadıqları, gec yemək yedikləri, sözə baxmadıqları üçün xortdan və əcinnə ilə deyil, Cəmilin videoları ilə qorxudacaqlar.

Gültəkin keçən dəfə deyirdi, sərt karantin rejimində insanların maddi vəziyyətinin pisləşməsi məni ürəkdən sevindirir. Məlum fikrə bir çoxları “sərf edir” sərlövhəsi ilə yanaşdı. Əksər yerlərdə də elə beləcə tirajlandı. Amma Gültəkin məhz, “sevindirir” demişdi. Bunu ona görə xatırladıram ki, birinci sərlövhə üzərindən Gülçatay manevr imkanı qazandı, vəziyyətdən çıxmağa çalışdı, “siyasətçi kimi sərf edir, çünki müxalifətçiyəm”- açıqlamasını verdi. Hərçənd, onun üzərinə “sevindirir”lə getmək lazım idi. Çünki, o kəlmənin türklər demiş “tədavisi” yox idi.

Cəmil isə Hacıbəylinin bu yöndəmsiz frazasının müqabilində belə yenə güldü, ötdü və keçdi.

Bizim, yəni iqtidar mənsublarının nöqtə və vergülünü də güdən, neytral fikri belə ittihamla bəzəyən, müzakirəyə çıxaran radikallar bu gün söylədikləri hər söz və cümlə ilə özlərini batırırlar. Onlar artıq “minmək bir, düşmək iki ayıb” – devizi ilə deyil, “minilmək bir, növbəti dəfə minilmək isə daha böyük zövq” – prioriteti ilə yaşayırlar, xarici kəşfiyyatların təpik altısı olmaqdan qürrələnirlər, Azərbaycana qarşı edilən hər təxribat, hər mundarlıqlar içində iştirakçı olmaqdan qürur duyurlar.

Cəmilin adı Vikpediyada – “hazırda Amerikada yaşayan araşdırmaçı alim”- olaraq keçir. Təcili düzəltmək lazımdır həmin bəndi. “Qarışdırmacı təlxək” – kimi. Çünki, kloundur, bu adam. Siyasi bomjdur, bu adam. Fərhadın yengəliyindən Amerikanın hansısa dibində “peraşki” satan Vardanyanın köləliyinə qədər yol qət edən simasızdır, bu adam. Siyasət meydanında ağlı və zəkası əvəzinə əlindəki kustar avto-pilotla yürüyən ÜNVANSIZDIR, bu adam. Məntiqi ilə silahlanacaq yerdə, yeni çıxardığı süpürgə bığı ilə özgüvənini saxlamağa çalışan səbatsız qolçomaqdır, bu adam. “Zoom – konfrans”ı, “Zoo – konfrans” zənn edən, dərisi ayı dərisindən daha qalın, daha cod məxluqdur, bu adam. Ona görə də öz millətini bu qədər rahat şəkildə təhqir edir. Edə bilir. Ya da Gülçatay kimilərin dilindən həmin təhqirlər vaqe olduğu zaman ağzına su alıb oturur, gülür, hırıldayır və hələ bu da yetməmiş kimi qaşlarını ağıllı-ağıllı çatıb mövzuya haşiyə çıxır.

***

“5-ci kolon” – bütün yırtıcıların pulsuz kirayə qaldığı mərkəzi ünvandır. Onlar sanki qəbilə kimidirlər, öz adətləri, ritualları, mövcudluqları var. Hətta dərinə getsək, beynəlmiləldirlər. Üstəlik, bütün yaramazlar bir-birinə çox bənzəyir. Həm vücud, həm dil, həm də ifadə tərzi baxımından. Yəqin elə bu səbəbə görə də, ha erməni əsilli Arif Yunus danışdı, ha pəltək Arif Məmmədov – fərq eləmir. Ona görə ha Əlikram sərsəmlədi, ha Cəmil Həsənli – məzmun dəyişmir. Bunlar ləyaqətdən, mənəviyyatdan qısır qalanlardır. Belələrinin dalağı da qan deyil, qisas hormonu ifraz edir.

Başqalarını bilmirəm, amma şəxsən mən bir müddət elə hesab edirdim ki, Cəmil Həsənli Əli Kərimlinin yedəyidir. Hərgah, indi-indi fərqinə varıram: radikalların elə hamısı yedəkdir və onlar arasında “baş yedək”, “böyük yedək”, “statuslu yedək” – deyə təsnifat aparmağın adı yoxdur. Bu adamlar o kateqoriyadır ki, dildə 3 sözlərindən biri türkçülükdür, amma əmələ gəlincə…son Qarabağ döyüşləri daxil hər zaman bizə əsl qardaş dəstəyi göstərən Ərdoğanı, Türkiyəni Əli Kərimlinin timsalında hədəfə alacaq qədər nankor və xəbisdirlər! Bu adamlar o məntiqin daşıyıcılarıdır ki, hədəf aldıqları əsas ünvan mövcud hakimiyyətdir, amma elə həmin hakimiyyətin qapı kandarında qoyduğu Gülçatay kimi satılmışlar, riyakarlar və xəyanətkarlar üzərindən siyasi barrikada qurmağı özlərinə rəva bilirlər. Bu adamlar o siyasi zümrənin nümayəndələridir ki, 2013-cü ildə, mayın 27-də rusun yaratdığı “Milyarderlər İttifaqı”nın sağlığına badə qaldırıb, üzərindən 24 saat keçməmiş elə həmin rusun devirdiyi Rəsulzadənin büstü önündə Azərbaycançılıq ideyalarından danışırdılar. Gültəkin indi hər xitabında deyir ha ki, “hörmətli ziyalımız Cəmil müəllim”…, bax o HÖRMƏTSİZ ZİYANLI, üstəlik minsifətli Cəmil əkə İbrahimbəyovun tarixi “tryuk”undan və müxalifətə dirsək göstərməsindən sonra + adam olmayan yerdə adam hesab edildiyi üçün radikallar tərəfindən seçkiyə dürtülmüşdü. Axırı da bəlli. Sözü, nitqi yadda qalacaq yerdə, şivəsi, ləhcəsi xatirələrdə qaldı. Başqa heç nə. Sonra fırlanıb oldu yenə tarixçi, ardınca falçı, indi də nalçı.

Və..nə qərib ki, “Milli Şura”da hamı sədrdi. Burada sədarətdən savayı gerçəkdən kimsə yoxdur. İbrahimbəyov(?) fəxri sədr, Həsənli faktiki sədr, Kərimli balaca sədr, Hacıbəyli cıqqılı sədr. Hə,bir də “Koordinasiya Şura”ları var, onun da adını elə bəh-bəhlə deyirlər, tanımasan kənardan elə zənn edərsən, gündəlik analitik təhlillər verən büroları, saatbasaat məruzələr ötürən kadrları-filan var. Oysa, bilən bilir ki, “Milli Şura” modern karaoke-klubdur. “Milli Şura” – kənd yerlərində üzərinə güldan qoymaqdan və üstünə çıxıb pərdə asmaqdan başqa heç nəyə yaramayan köhnə televizordur. “Milli Şura” – istifadə müddəti bitən və piştaxtadan yığışdırılan qarışıq yoqurddur. “Milli Şura” – Vəzirovun avantürist komandasının prototipidir (sadəcə fərq ondadır ki, vəzirovçular qoz əkirdilər, cəmilçilər isə bığ) “Milli Şura” – Sevinc və Gültəkin adında bek-vokalçılardan, Kərimli və Həsənli kimi isə həvəskar solistlərdən ibarət diletant ansambldır. “Milli Şura” – mühərriki (beyni) arxasında olan “ZAPI”dır. Cəmili də Allahla, bəndə ilə halallaşmalı vaxtında oturdublar sükana ki, sür onu. Sür və hamını öt. Maksimal sürət də 60. Adam qoca, maşın qoca. Hara sürsün, necə ötsün? Ona görə də “qızdırır”. Ona görə mühərrikin də, ağzının da qatığını dağıdır. Ona görə sərsəmləyir. Ona görə Azərbaycan xalqını təhqir edir…

***

Cəmil Həsənli millət deyil, mandat davası edən bir saxtakardır. O, Parlamentdə olduğu zaman öz təbirincə hər şey gözəl idi. Hətta o qədər gözəl ki, Əli Kərimlinin “ya Parlament ya biz” seçiminə belə düşünmədən cavab verib, Milli Məclisə doğru istiqamət almışdı. Amma kənarda qalan kimi bir anda dönüb oldu, demokratiya carçısı.

Prezident seçkiləri öncəsi keçirilən debatlarda Cəmil Həsənli ilə kimsə yanaşı oturmaq istəməyib. Daha dəqiqi, otura bilməyib. Tünd qoxu səbəbindən. Və ardınca etiraf edim: onu məhz bu kontekstdə qınayanların özünü həmin vaxt qınamışam ki, nahaq üzünə vurursuz, qoca kişidir, insan halıdır, belə qüsurları görməzdən keçmək lazımdır. Fəqət, indi, illər sonra 9 min kilometr uzaqlıqdan gələn üfunətdən sonra anlayıram ki, bu qoxu əslində ağızdan deyil, beyindən ötürülən qoxu imiş! Çürümüş və vaxtı keçmiş beyindən!

Cəmil əkə siyasətçi kimi də, tarixçi kimi də yarıtmaz, natamam biridir. Cəmil Həsənli hər mənada yarımçıq adamdır. Şəxsiyyəti, beyni, məfkurəsi yarımçıqların isə bütöv xalq haqda nəsə danışmağa, fikir bildirməyə mənəvi haqqı yoxdur. Həmin xalqı adi bir səbəbdən təhqir eləməyə isə heç haqqı yoxdur!

Cəmil kimi istəyir hədəfə alsın. Məni, digərlərini – özü bilər. Vaxtilə Fərhadın yengəliyini edib, indi də feysbuk üzərindən Nurəddin Məmmədli (el arasında ona “hamının nurəddini” deyirlər) vasitəsilə həbsdə olan keçmiş səfirə xoş mesajlar ötürsün, şəninə təriflər yağdırsın, növbəti qarmağını atsın – yenə özü bilər. “Rexona”nı, “Colgate”i, digər gigiyenik məhsulları məişət qarderobundan birkərəmlik çıxarsın, 70 yaşında kiminsə xoşuna gəlmək üçün bığ buraxsın, saqqal ütüləsin – yenə də, yenə də özü bilər. Amma bircə Azərbaycan xalqı ilə işi olmasın.

Bax bunu ona keçmərik!

Elşən Musayev, Milli Məclisin deputatı.