Burada maskalar pulsuz paylanır

Sinqapurda ölkə əhalisinə tibbi maskaların pulsuz paylanılmasına başlanılıb.

Axar.az xəbər verir ki, maskaların paylanılması aprelin 12-dək davam edəcək.

“Hər ailə adambaşına iki maska ala bilər”, – həkumətdən bildirilib.

Qeyd edək ki, Sinqapur baş naziri Li Syan Lun aprelin 3-də koronavirusdan qorunmaq üçün ölkədə hər kəsi maska taxmağa çağırmışdı.

Hazırda Sinqapurda 1200-dən çox koronavirusa yoluxma halı qeydə alınıb. Virusa yoluxanların 6-sı ölüb.