Burak Özçivitin filmi baxılmadı

XALQ,AZ xəbər verir ki,  Türkiyənin iki məşhur aktyoru- Burak Özçivit və Kerem Bursinin rol aldığı “Can feda” filmi uğur qazanmayıb. Prodüseri Burakın özü olan ekran işi 10 gündə 221 min 687 tamaşaçı tərəfindən baxılıb. 

Bu isə layihəyə marağın olmamasından xəbər verir. İki ulduzun iştirak etdiyi film tanınmayan qəhrəmanların çəkildiyi “Bizim köyün şarkısı” kinosuna da məğlub olub.  Belə ki, uşaqlar üçün nəzərdə tutulan ekran işi 18 gündə 512 min tamaşaçı tərəfinən izlənib.



Elgün