Bursada Atatürkə hörmətsizlik edildi

 30
Şəhərdə Türkiyə Cumhuriyyətinin yaranmasının 90-cı ildönümünü qeyd etmək üçün görülən hazırlıq işləri sıradan çıxarılıb

Bursa şəhərində Türkiyə Cumhuriyyətinin yaranmasının 90-cı ildönümünü qeyd etmək üçün görülən hazırlıq işləri sıradan çıxarılıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, kimliyi hələ naməlum qalan şəxslər bayram tədbirlərinin keçiriləcəyi meydana avtomobillə girərək, görülən bütün hazırlıq işlərini məhv edib.

29 oktyabrda bayram təbrirlərində 6 min nəfər yaxın insanın toplaşacağı həmin meydanda Müstafa Kamala Atatürkə portretin qoyulacağı planlaşdılıbmış.

Hadisəyə şəhər Bələdiyyə başqanı Müstafa Bozbeydə münasibət bildirərək baş verənləri təxribat adlandırıb: “Təxribat edənləri qınayıram. Bir foto çəkmək üçün belə edən şəxslərin cəmiyyətdə sorğuya çəkməlidir”.