“Bütün dünya – Bir sərgi” (FOTO)

 image description

Xalq.az xəbər verir ki, 13-cü Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2014”) sərgisi 3-5 aprel tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yay turizm mövsümü ərəfəsində keçirilib k. “AITF 2014” sərgisi regionda müasir turizm bazarının ümumi mənzərəsini əks etdirən və müxtəlif dünya ölkələrini bütün koloriti ilə təqdim edən aparıcı beynəlxalq sərgi statusunu qazanmışdır. Əsası qoyulan gündən etibarən, “AITF” sərgisi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə həyata keçirilir. Sərginin təşkilatçıları “Iteca Caspian” MMC və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group plc” şirkətidir.       

“AITF 2014” sərgisində 300-dən artıq şirkətin iştirakı edib və bu şirkətlər xüsusi olaraq Azərbaycan bazarı üçün hazırlanmış eksklüziv turizm təkliflərinin təqdimatı ilə çıxış ediblər. “AITF 2014” sərgisinin dinamik inkişaf edən yeni sektorlarında – “Xaricdə əmlak” və “Tibbi turizm” sektorlarında Almaniya, Yunanıstan, İsrail, Litva, Rusiya, Türkiyə və İsveçrədən olan şirkətlər və aparıcı klinikalar iştirak ediblər. 

Hazırda  “AITF 2014” sərgisi 80-dən çox turizm istiqamətini elan etməklə, “Bütün dünya – Bir sərgi” şüarını doğruldur. Azərbaycanla bağlı müxtəlif tur-paketlər öz təbii sərvətləri və milli koloritləri ilə insanı daim vəcdə gətirən Azərbaycan regionlarının geniş ekspozisiyası çərçivəsində nümayiş etdirilib. Həmçinin sərgidə Azərbaycan kurort zonasında olan otellərdən və istirahət mərkəzləri təmsil olunub.

1112

Naftalan şəhərində yerləşən CHİNAR hotel-spa mərkəzidə sərgidə təmsil olunub. Sərgi iştirakçılarının böyük marağına səbəb olan güşədə onlara geniş məlumat verilib ve qonaqlar məlumatlandırılıb. 

 

13

Həmçinin Türkiyə, Bolgariya, Rüsiya,və Gürcustan dövlətlərinin nümayəndələri iştirak edirdilər. Gürcustanın  Telavi şəhərində yerləşən LAPOTA RESORT  istirahət mərkəzi sərgidə təmsil olunurdu. Sərgi iştirakçılarının marağına səbəb olan güşədə qonaqlara geniş məlumat verilmişdir.

 14

Əlavə olaraq İngiltərədə E Global Connections şirkəti turizm təhsil sahəsində geniş güşə yaradılmışdır. Güşə ilə tanış olan qonalardan sorgu keçirildi. Təhsil sahəsində qonaqlara geniş məlumat verildi.

12

Sərgidə Azərbaycanda fəaliyyət göstərən Zivella şirkəti ofis mebelleri ilə qurulmuş güşəsi ilə təmsil olunurdu. Sərgi iştirakçılarına satışda olan ofis mebel dəstləri barədə geniş məlumat verildi. Geniş dizayn məhsullarına malik olan şirkət sərgi ziyarətçilərinidə maraq doğurdu

34

Artıq sərgi uğurla öz fəaliyyətini yekunlaşdırdı. Ölkələr Azərbaycanlı turistlər üçün ənənəvi və kütləvi istirahət zonalarıdır (məs.: Bolqarıstan, Misir, Gürcüstan, Yunanıstan, Macarıstan, Hindistan, Malayziya, BƏƏ, Sloveniya, Tailand, Çernoqoriya, və s.). Sərgidə ilk dəfə iştirak edən Argentina, Dominikan Respublikası, Çin iştirak ediblər.


Comments are closed.