Bütün işçilər əmək müqaviləsi ilə çalışmalıdır – Paşayeva

Dövlətimizin çağırışlarına əməl etməliyik ki, koronavirus pandemiyası ölkəmizdə daha geniş yayılmasın.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva parlamentdə çıxışı zamanı deyib.

Q.Paşayeva həmçinin ölkədə gedən sosial, iqtisadi islahatlardan da danışıb:

“Biz özəl və dövlət sektorunda bütün işçilərin əmək müqaviləsi ilə çalışmasının necə vacib olduğunu bu gün bir daha gördük. Eyni zamanda, kənd təsərrüfatının inkişafı bizim üçün ən önəmli məsələlərdəndir. Burada isə ən vacib sahələrdən biri suvarmadır. Təkliflərimizi yazılı olaraq da Baş nazirə göndərəcəyik”.

Q.Paşayeva çıxışında Tovuz rayonu ərazisində erkən neolit dövrünə aid olan Göytəpə arxeoloji parkının yaradılması məsələsinin də diqqətdə saxlanılmasını xahiş edib və xatırladıb ki, Prezident bölgəyə səfəri zamanı bu istiqamətdə zəruri addımların atılması ilə bağlı göstərişlər verib.