Bütün Qafqazın Şeyxi İordaniya Şahzadəsi ilə görüşdü

seyx

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin İordaniya Haşimilər Krallığı kralının Dini Məsələlər üzrə Baş Məsləhətçisi və Kralın Şəxsi nümayəndəsi Şahzadə Qazi bin Məhəmmədlə görüşündə bu gün islam aləmində yaranmış mövcud vəziyyət müzakirə olundu.

Bütün Qafqazın Şeyxi Misir, Suriya, Tunis və qarışıqlıq yaşayan digər ölkələrdə gedən proseslərdən, bəzi ölkələrdə artıq vəziyyətin nəzarətdən çıxdığından narahatlıq keçirdiyini və qardaş qırğınlarının qarşısını yalnız birlikdə almağın mümkün olduğunu bildirdi. İslamın qardaşlıq və əməkdaşlıq, dinclik və əminamanlıq dini olduğunu vurğulayan Hacı Allahşükür Paşazadə bu istiqamətdə Azərbaycanda görülən işlərin uğurlu nəticəsini misal çəkdi.

Azərbaycanda gedən prosesləri həssaslıqla izlədiyini deyən Şahzadə Qazi Bin Məhəmməd bu uğurlara sevindiyini qeyd etdi. İordaniya Haşimilər Krallığının Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu və buna görə də xüsusi məmnunluq hissi keçirdiyini söylədi.

İordaniyada bu gün hökm sürən sabitliyin səbəbləri barədə danışan Şahzadə bunun aparılan islahatların nəticəsi olduğunu qeyd etməklə yanaşı, proseslərin daim nəzarət altında olduğunu, yarana biləcək istənilən problemin həlli üçün hakimiyyətin bütün imkanlara malik olduğunu dedi. Bütün Qafqazın Şeyxinin də qatıldığı mötəbər Konfransın İslam Aləmi üçün mühüm əhəmiyyətə malik olduğunu vurğulayan Şahzadə Qazi bin Məhəmməd Azərbaycana və İordaniyaya, onların simasında bütün müsəlman dünyasına nailiyyətlər arzuladı.


Comments are closed.