Bütün sərnişinlər karantinə alınacaq – Operativ Qərargah

Hazırda yerli uçuşların həyata keçirilməsi gündəmdədir.

XALQ.AZ xəbər verir ki, bunu Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib.

“Azərbaycan ərazisinə gələn bütün sərnişinlər mütləq 48 saat ərzində qüvvədə olan COVİD-19 arayışı ilə ölkəyə qəbul olunacaqlar. Belə olduğu halda onların karantinə getməmək ehtimalı çox böyükdür”, – o bildirib.

Yaqut Qarayeva əlavə edib ki, bu qaydalar çarter uçuşlarına aid deyil:

“Bütün sərnişinlər karantinə alınacaq”.