Cəbaryıldan təxliyə olunan erməni qadının hiyləsi -Fotolar

qad

Döyüş bölgəsindən təxliyə olunaraq Bakıya gətirilən və özünü mağaza satıcısı kimi təqdim edən Ermənistan vətəndaşı Aznif Baqdasaryanın əsl kimliyi üzə çıxıb.

XALQ.AZ  saytı xəbər verir ki, erməni qadının sosial şəbəkə hesabından onun əslində hərbçi-tibbi baçısı kimi xidmət etdiyi məlum olub. Onun Facebook profilindəki hərbi geyimdə olan şəkilləri belə deyir.

Qeyd edək ki, oktyabrın 7-də döyüş bölgəsindən təxliyə olunaraq Bakıya gətirilən Aznif Baqdasaryan zavallı qadın kimi mətbuatın qarşısına çıxmışdı.

“Bomba zərbəsi zamanı huşumu itirmişdim, ayılanda gördüm ki, təkcəyəm, heç kim qalmayıb. Üç sutka ərzində mağazada kimsəsiz, tək qaldım. Məni hər zaman qorxudurdular ki, azərbaycanlıların əlinə düşsəm, öldürüləcəyəm. Ona görə qorxurdum. Ancaq tam əksinə oldu, mənimlə çox yaxşı rəftar etdilər” – A.Baqdasaryan mətbuat konfransında bildirmişdi.

Azərbaycanda mülki şəxs kimi ona isti münasibət göstərildiyini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də onunla mehriban davranıldığını söyləyən qerməni qadın daha sonra əlavə etmişdi:

“Mənə xoş xatirələrimin olduğu Bakını göstərdilər, nənəmgilin yaşadığı evi göstərdilər. Çay içdik, qutab, paxlava yedik. Sizin qutab, paxlava mənim xoşuma gəlir, dünyanın ən yaxşı qutab və paxlavası sizindir. İki xalqın yenə dostluq və sülh şəraitində yaşamasını istəyirəm”.

Aşağıda bu hiyləgər erməninin Facebook profili təqdim olunur. Onun şəkillərinə baxmaqla əsl kimliyini ayırd etmək çətin deyil.

modern.az 120862153 3333634170019162 2533565166427197985 n 406
120883171 3333648843351028 8338394836055712926 o1602101197
121130321 351248499261401 2429633266997078198 n1602101211
120821560 3333648440017735 1553294681120871722 o1602101190

XALQ.AZ