Cəbhə bölgəsində silahlı “jurnalist” – Foto

120703380 3110742302388266 2445057988167020483 n

Bu gün Ermənistan mətbuatında düşmən tərəfindən işğal edilmiş ərazilərimizdə çəkildiyi iddia edilən video yayılıb.

XALQ.AZ xəbər verir ki, həmin görüntülərdə özünü jurnalist kimi təqdim edən şəxsin çiynində silah görünür. “Jurnalist”in əlindəki mikrofonun üzərində isə Ermənistan Müdafiə Nazirliyinin loqosu əks olunub. Bu görüntülər sosial şəbəkələrdə ciddi müzakirələrə yol açıb. İstifadəçilər qeyd edir ki, beynəlxalq jurnalistika normalarına əsasən cəbhə bölgəsinə ezam olunmuş jurnalistin silah, eyni zamanda, əsgərlərin də mikrofon daşımaq hüququ yoxdur.

Kadrlardan göründüyü kimi, Ermənistan növbəti dəfə beynəlxalq normalara qarşı çıxır, Azərbaycan ərazilərində silahlıların sayını qanunsuz şəkildə artırmağa cəhd edir.