Cəbhədən görüntülər – Video

cebhe

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozara, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

XALQ.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və onlar itki verərək geri çəkiliblər.

Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.

Qeyd edək ki, İTV-nin müxbiri döyüşlərin getdiyi sərhəd bölgəsindən son məlumatları çatdırıb.

XALQ.AZ