Cəbhədən son xəbər-Düşmən şəhər və rayonlarımızı atəşə tutur

qradd

Yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlardan və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıblar.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Oktyabrın 18-i səhər saat 07:00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərib.Həmçinin oktyabrın 18-də saat 00:05-dən 04:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy rayonu, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutub.

Azərbaycan ordusunun bölmələri düşmənin hücum cəhdlərinin qarşısını alır.