Cəlilabad qaranlığa qərq oldu

unnamed 15

Güclü külək və aramsız yağışlar Cəlilabad rayonunda bir sıra fəsadlar törədib.

Bu barədə XALQ.AZ-a yerli sakinlər məlumat veriblər.

Bildirilib ki, sentyabrın 20-si axşam saatlarında rayon ərazisində elektrik enerjisinin verilişi dayandırılıb. Amma buna baxmayaraq, elektrik enerjisinin verilişi hələ də bərpa edilməyib.

Hazırda rayonun mərkəzində və kəndlərində elektrik enerjisi olmadığından bankomatlar, mağazalarda ödəniş aparatları, kənd poçtları fəaliyyət göstərmir.

Bununla yanaşı, elektrik enerjisinin verilişinin dayandırılması kəndlərdəki səhiyyə və təhsil ocaqlarında bir sıra problemlər yaradıb.