Cəmilli kəndində növbəti səyyar-qəbul görüş oldu

XALQ.AZ xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşləri davam edir. Növbəti səyyar qəbul-görüş Cəmilli kəndində oldu.

Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Cəmilli kənd İƏD üzrə nümayəndə Mənaf Məmmədov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.

Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Əfsəl Binnətov, Məhəmməd Abdullayev, Famil Məmmədov, Rəşid Sultanov məktəbin əsaslı təmir olunması, kənddə körpələr evi-uşaq bağçasının açılması, suvarma suyu üçün əlavə subartezian quyusunun vurulması və digər məsələlər barədə müraciət etdilər.

Qaldırılan məsələlər barədə icra başçısı tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.