Cəbhədə gərginlik

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 48 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən XALQ.AZ-a bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Nerkin Karmirağbur, Ayqepar, Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq və Muncuqlu kəndlərində, Çəmbərək rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.