Cəbhədə son vəziyyət

5

 

Mövqelərimiz atəşə tutulub.

Ermənilər atəşkəs rejimini yenə pozublar.

Müdafiə Nazirliyindən XALQ.AZ -a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Baş Qərvənd, Sarıcalı, Qaraqaşlı, Novruzlu, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.