Cəlilabad rayonunda seçicilərlə növbəti görüş keçirilib

22

 

Prezidentliyə namizəd  cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Cəlilabadda seçicilərlə görüşlər davam edir. Rayonun Privolnoye və Ağdaş kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşdə YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı bildirib ki, cənab İlham Əliyevin təbliğat kompaniyasının bütün yaşayış məntəqələrində böyük uğurla, seçicilərin yüksək siyasi fəallığı şəraitində davam edir.

Görüşlərdə YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Mirkazım Kazımov, millət vəkili Malik Həsənov və  Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Arşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirov iştirak edib.